"Omoniya"nın baş meneceri Andreas Dimitriyu Konfrans Liqasının II turunda "Qarabağ"la oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az "Thema Sports" saytına istinadən xəbər verir ki, klub rəsmisi görüş ilə bağlı proqnoz verməkdə çətinlik çəkib.
"Görüşün nəticəsini proqnozlaşdırmaq çətin olacaq. Meydana mübarizə aparmaq üçün girəcəyik. Komandalar arasında səviyyə fərqi elə də çox deyil. Rəqib yüksək səviyyəyə malikdir. Xırda detallar matçın taleyini həll edəcək. Azarkeşlərimiz qarşısında qələbə qazanmaq üçün oynamalıyıq. Rəqibimizi məğlub etmək istəyirik".
Xatırladaq ki, H qrupunun "Omoniya" - "Qarabağ" matçı sentyabrın 30-da Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
Emin Şəmsiyev