"Omoniya"nın hücumçusu Panayotis Zaxaryu Konfrans Liqasının II turunda "Qarabağ"la oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az "Goal.com" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu həm KL-in, həm də ölkə çempionatının vacib olduğunu bildirib:
"Qarşıda "Qarabağ" kimi rəqib var. Əsas prioritetimiz ölkə çempionatı olsa da, avrokuboklarda da mübarizəmizi yüksək səviyyədə aparmağa hazırıq. Qarşıdakı oyunda uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik"
Xatırladaq ki, H qrupunun "Omoniya" - "Qarabağ" matçı sentyabrın 30-da Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
Emin Şəmsiyev