UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya" ilə qarşılaşacaq "Qarabağ"ın oyununa hakim təyinatı açıqlanıb.
Fanat.Az xəbər verir ki, səfərdəki oyun şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim FIFA referisi Bobbi Madden olacaq. Ona yan xətt hakimləri qismində Devid Rum və Alan Malvenni köməklik göstərəcək. Dördüncü hakim Kreyq Napyer olacaq.
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa