"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Kayrat"la (Qazaxıstan) matçına bilet satışı davam edir.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, satışa çıxarılan 15500 biletdən 13500-ü satılıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib.
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.
Röya