22:32 21.10.2021 2260

"Qarabağ" nəfəskəsən geridönüşlə qazandı

"Qarabağ” bu gün Konfrans Liqasının qrup mərhələsində III turun oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, H qrupunda mübarizə aparan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Qazaxıstan "Kayrat"ını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayıb. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edib.

Görüş ağdamlılar üçün yaxşı başlamayıb. Müadfiədən oynayan qazaxlar əks həmlələrin birində penalti vurmaq hüququ qazanıb. 19-cu dəqiqədə hesabda geri düşən ağdamlılar fasiləyədək üstün tərəf olsa da, istəyinə çata bilməyib.

Vadcinin önəmli anlarda işinin öhdəsindən gələ bilməməsi, Kadi Borgesin reydlərinin uğurlu alınmaması Qurban Qurbanovun əvəzləmələrə əl atmasını vacib edib. Nəhayət, oyuna sonradan qoşulan Ramil Şeydayevin bərabərlik qolu hücumda olan tərəfi  qələbə qazanmağa vaxt qaldığına inandırıb. İnamla irəli atılan "köhlən atlar" 90+2-ci dəqiqədə dramatik qələbəni reallaşdırıb. Azarkeşlərini geridönüşlə sevindirən ağdamlıların zəfər qolunu isə Abbas Hüseynov vurub.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olub. İsveçrəlilər 3:1 hesablı qələbə qazanıb. Daha yaxşı top fərqinə görə "Bazel" H qrupunda lider mövqeyində qərarlaşıb.

UEFA Konfrans Liqası, qrup mərhələsi
H qrupu
III tur

"Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan) 2:1 

Qollar: Ramil Şeydayev, 79. Abbas Hüseynov, 90+2 - Xose Kante, 19-pen.
Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Kayrat: 1. Stas Pokatilov, 4. Nurəli Alip, 11. Yan Voroqovski, 15. Frank Banyak, 16. Rikardo Alves, 18. Xose Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 33. Denis Polyakov.
Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Guljigit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev.
Baş məşqçi: Kurban Berdıyev.

 

S   Komanda O Q H M V B F X
1   Bazel 3 2 1 0 7 2 +5 7
2   Qarabağ 3 2 1 0 6 3 +3 7
3   Kayrat 3 0 1 2 3 6 -3 1
4   Omoniya 3 0 1 2 2 7 -5 1
   1/8 final         Pley-off
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
17:46

Ötən mövsüm çempion olan forvard özünə klub tapa bilmir

17:21

"Hall Siti" yunan qapıçını rekord məbləğə aldı - RƏSMİ

17:03

Mastantuono İtaliya klubuna keçdi

16:45

U-15 UEFA İnkişaf Turnirində iştirak edəcək

16:27

2-ci Liqada 1-ci turun cütlükləri bəlli oldu

16:08

"Real Madrid" iki yeni futbolçu üçün 180 milyon avrodan çox pul xərcləyəcək

15:50

"Danimarka çempionu "Sabah"ın bu yay qarşılaşdığı əvvəlki rəqiblərdən üstün kollektivdir" - Samir Əliyev

15:31

"Kəpəz" Ümid Səmədovla müqavilə yenilədi

15:16

"Baxışa 4 legioner, təxminən 10 yerli futbolçu çağırılıb" - "Mingəçevir"in təsisçisi

14:57

"Mingəçevir" yeni sponsorla anlaşdı, Sultanov komandaya baş məşqçi təyin edildi

14:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:28

Xəlil Bəşirov karyerasını bu klubda davam etdirəcək

14:10

"Sumqayıt" yeni transferini açıqladı

13:53

İkinci Liqanın püşkü atılır

13:35

Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

13:17

KL: Bu gün 2 oyun keçiriləcək

12:59

Neymar qalmaqal yaratdı, klub prezidenti onu "təlxək" adlandırdı - VİDEO

12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

Facebookdan bizi izləməyi unutmayın.
X