"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Kayrat"la (Qazaxıstan) matçına biletlər tükənib.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, satışa çıxarılan 15500 biletdən sadəcə 300 cıvarında VİP bilet qalıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib.
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.
Röya