09:15 22.10.2021 2378

"Mehtər marşı"yla gələn qələbə - OYUNDANKƏNAR

UEFA Konfrans Liqasının III turunda "Kayrat"ı qonaq edən "Qarabağ" üçün oyun vacib əhəmiyyət daşıyırdı. Qurban Qurbanovun komandası liderliyini davam etdirmək üçün görüşdən 3 xalla ayrılmağı hədəfləmişdi. Komandanın yenidən Tofiq Bəhramov adına Respublika stadionuna qayıtması azarkeş marağına, arenada əsl futbol ab-havasının yaranmasına səbəb olmuşdu. 

Hələ "Gənclik" metrosunun qarşısına yaxınlaşanda görünürdü ki, stadionda gözləniləndən çox azarkeş olacaq. Bəribaşdan qeyd edək ki, klub 15500 bilet satışa çıxarsa da, 31200 nəfərlik stadion dolmuşdu. 

Polislər stadiona axının, basabasın qarşısını almaq üçün dördqat sədd yaratmışdı. Hər kəs diqqətlə yoxlanılırdı. Təhlükəsizlik məqsədi ilə azarkeşlərin üstü cihazla yoxlanıldıqdan sonra içəri buraxılırdı. Alışqan və su qabları bir yana, hətta tum və digər ərzaq torbaları da alınırdı. 

Qeyd etdiyimiz kimi, stadiondakı futbol atmosferi uzaqdan hiss olunurdu. Mehtər marşı və milli, türkçülük ruhunda mahnı parçalarının sədası metronun yanına qədər gəlirdi. Bu da təbiidir, axı iki türk ölkəsinin komandası üz-üzə gəlirdi. 

Komandalar meydana bir qədər tez çıxdı. Belədə hakim futbolçuları meydanda gözlətdi və start fitini hardasa 2-3 dəqiqə gec səsləndirdi. 

Azarkeşlər fəallığı ilə seçilirdi. Qapıların arxasındakı tribunalarda, bir-birilə üz-üzə mövqe seçən "Qarabağ Ordu" və "İmarət Tayfa" fanklubları "12-ci oyunçu" rolunu kifayət qədər yaxşı yerinə yetirirdi. Onlar zaman-zaman "Qarabağ" sədaları ilə neytral azarkeşləri də ayağa qaldırırdı. Bütün azarkeşlərin telefon işıqlarını yandırması da gözəl görüntü idi. 

Stadionda topdaşıyanların sayı azlıq edirdi. Onların sayı 5-6 idi. Belədə top yan xətdən meydanı tərk edındə çox vaxt futbolçular özləri onun arxasınca getməli olurdu ki, nəticədə temp aşağı düşürdü. Bir epizodda isə "Kayrat"ın ehtiyat komandasının üzvlərindən kimsə meydana ikinci topu atdı. Bir neçə dəfə isə qonaq tərəf topu bizimkilərə gec qaytardı. Buna görə Tural Bayramovla rəqib futbolçu arasında gərginlik yaşandı. 

Matça əlavə olunmuş dəqiqələrdə "Qarabağ"ın qələbə topunu vurandan sonra sevinc qışqırıqlarından qulaq tutulurdu. Həmin an səsi ölçən cihaz olsaydı, desibel rekord qırardı. Çoxdandı belə anşlaqa şahid olmamışdıq. 

Qələbə qolunun müəllifi Abbas Hüseynov gözyaşlarına hakim ola bilmədi. Ona əvvəlcə Musa Qurbanov, ardınca digər komanda yoldaşları təskinlik verdilər. Dünən nənəsi rəhmətə gedən futbolçunun ikili hisslərini başa düşmək çətin deyil. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
15:50

"Danimarka çempionu "Sabah"ın bu yay qarşılaşdığı əvvəlki rəqiblərdən üstün kollektivdir" - Samir Əliyev

15:31

"Kəpəz" Ümid Səmədovla müqavilə yenilədi

15:16

"Baxışa 4 legioner, təxminən 10 yerli futbolçu çağırılıb" - "Mingəçevir"in təsisçisi

14:57

"Mingəçevir" yeni sponsorla anlaşdı, Sultanov komandaya baş məşqçi təyin edildi

14:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:28

Xəlil Bəşirov karyerasını bu klubda davam etdirəcək

14:10

"Sumqayıt" yeni transferini açıqladı

13:53

İkinci Liqanın püşkü atılır

13:35

Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

13:17

KL: Bu gün 2 oyun keçiriləcək

12:59

Neymar qalmaqal yaratdı, klub prezidenti onu "təlxək" adlandırdı - VİDEO

12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X