“Qarabağ” Azərbaycan futbolu tarixində 2 rekord müəyyənləşdirib.
Fanat.Az-ın məlumatına görə, Ağdam təmsilçisi qrupdakı qələbə və xal sayında rekorda imza atıb.
Konfrans Liqasının IV turunda “Kayrat”ı səfərdə yenən (2:1) ağdamlılar qrupda 3-cü qələbəsini qazanıb. İndiyədək heç bir Azərbaycan klubu əsas mərhələdə bu sayda qələbə görməyib.
“Qarabağ” bu zəfər sayəsində xal hesabını 10-a çatdıraraq vahid liderliyə yüksəlib. 10 xal Azərbaycan klubları üçün ən yüksək nəticədir.