11:56 05.11.2021 2060

"Bir xalq kimi başı dik və daha da güclü olduq" - Qurban Qurbanov

"Komandamıza, futbolçularımıza belə dəyər verdiyiniz üçün ilk növbədə, sizə təşəkkür edirəm. Gecənin bu saatında yuxunuzu almadan bura gəlmisiniz".

Fanat.Az xəbər verir ki, bunu Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə yendikləri UEFA Konfrans Liqasının IV tur matçından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis Almatıdakı görüşün çox gərgin alındığını bildirib: "Bunu ilk dəqiqələrdən hiss etdik. "Kayrat"ın son şansı idi. Bizə qalib gəlməsəydilər, bütün şanslarını itirəcəkdilər. Ona görə də həddindən artıq istəkli idilər. Lakin biz yaxşı nəticə əldə etməkdən ötrü daha istəkli olmalı, qələbə üçün alışıb-yanmalı idik. Bunlar futbolçularımızda oldu. Hər birinə təşəkkür edirəm. Minimum vəzifəni yerinə yetirdik və hər şey sonda bizim tərəfimizdə oldu".

Hər bir zəfərin öz dadının olduğunu söyləyən Qurbanov Azərbaycanın müstəqillik tarixində ilə imza atmalarından məmnunluq ifadə edib:

"Əlbəttə, bütün azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Bunlar bizim möhtəşəm dövlətimizin möhtəşəm zəfərinin yanında kiçik nailiyyətdir. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, bir xalq kimi başı dik, daha da güclü olduq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların etdiklərinin yanında bizim etdiyimiz cüzi bir şeydir. Avrokuboklardakı nailiyyətimizə gəldikdə, indiyədək belə uğur olmamışdı. Bu gün Allah bunu bizə nəsib edibsə, çox şadıq. Oyundan sonra futbolçularımın hər birini bağrıma basıb, təşəkkür etdim. Azərbaycanlı futbolçularda özünəinamın formalaşması üçün bu cür qələbə və oyunlar çox vacibdir".

O, əldə edilən nailiyyət qarşılığında futbolçuların mükafatlandırılacağını da açıqlayıb:

"Mükafatımız həmişə var, istər daxili çempionatda olsun, istərsə də avrokuboklarda. Bundan narazılığımız yoxdur. Futbolçular layiqincə mükafat alırlar. Təbii ki, bu qələbənin də mükafatı olacaq".

Qurbanov qalan iki turda qrup liderliyini qorumağa çalışacaqlarını söyləyib:

“Qarşıda bizi vacib oyunlar gözləyir. "Omoniya” ilə növbəti matçda azarkeşlərimiz üçün baxımlı oyun sərgiləmək niyyətindəyik. Daha yaxşı uğur üçün şansımız varsa, sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci pillədəki İsveçrə "Bazel"inin 8 xalı var. Hər iki komanda sona 2 tur qalmış 2 xala malik Kipr "Omoniya"sı və 1 xalı olan Qazaxıstan "Kayrat"ı üçün əlçatmaz vəziyyətdədir və qrupdan çıxmağı təmin edib. "Qarabağ" isə "Omoniya" ilə noyabrın 25-də evdə, "Bazel" ilə dekabrın 9-da səfərdə üz-üzə gələcək. (Report.az)

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
15:50

"Danimarka çempionu "Sabah"ın bu yay qarşılaşdığı əvvəlki rəqiblərdən üstün kollektivdir" - Samir Əliyev

15:31

"Kəpəz" Ümid Səmədovla müqavilə yenilədi

15:16

"Baxışa 4 legioner, təxminən 10 yerli futbolçu çağırılıb" - "Mingəçevir"in təsisçisi

14:57

"Mingəçevir" yeni sponsorla anlaşdı, Sultanov komandaya baş məşqçi təyin edildi

14:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:28

Xəlil Bəşirov karyerasını bu klubda davam etdirəcək

14:10

"Sumqayıt" yeni transferini açıqladı

13:53

İkinci Liqanın püşkü atılır

13:35

Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

13:17

KL: Bu gün 2 oyun keçiriləcək

12:59

Neymar qalmaqal yaratdı, klub prezidenti onu "təlxək" adlandırdı - VİDEO

12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X