"Vacib oyunda qalib gəlməyə çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Matça tam hazırıq".
Fanat.Az xəbər verir ki, bunu Kipr "Omoniya"sının futbolçusu Nikolas Panayotu deyib.
21 yaşlı yarımmüdafiəçi Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə qatıldığı mətbuat konfransında fikirlərini bölüşüb:
"Avrokubok matçları mənim üçün hər zaman önömlidir. Belə görüşlərdə oynamaq uşaq yaşlarımdan mənim arzum olub. Sabah qələbə üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.