20:09 24.11.2021 299

"Qarabağ"a qarşı qapalı oyuna üstünlük verəcəyik" - Henninq Berq

"Bu qarşılaşma bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq".

Fanat.Az xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq deyib.

Norveçli çalışdırıcı Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə qatıldığı mətbuat konfransında belə danışıb:

"Komandamızın əlavə motivasiyaya ehtiyacı yoxdur. Güclü kollektivik, yaxşı azarkeş dəstəyimiz var. Nikoasiyadakı matçın ilk 5 dəqiqəsi bizim üçün çox yaxşı keçmişdi. "Qarabağ"ın qrupda 1 və ya 2-ci yeri tutacağını bilirik. "Qarabağ" əla komandadır. Sabah daha çox qapalı oyuna üstünlük verəcəyik. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq".

52 yaşlı baş məşqçinin sözlərinə görə, "Omoniya" üçün hər bir oyun vacibdir: "Daha öncə qarşımıza qrup mərhələsinə vəsiqə qazanmağı məqsəd qoymuşduq. Buna da nail olduq. İndiki məqamda ölkə çempionatı bizim üçün daha önəmlidir. Bununla belə, sabahkı matça barmaqarası yanaşmayacağıq. Evdə İsveçrə "Bazel"inə qarşı yaxşı çıxış etmişdik. Düzdür, bu oyun daha çətin olacaq. Amma meydana uduzmaq üçün çıxmayacağıq".

Berq sabahkı matçın start heyətini açıqlamayıb: "İndidən kimlərin oynayacağını deyə bilmərəm. Daim daha yaxşı olmağa çalışırıq. Bu üzdən də öz üzərimizdə işləyirik".

O, heyətdəki zədəli futbolçuların durumuna da toxunub: "Fuad Başiru və Fabianonun oynaması sual altındadır. Amma hər ikisi komanda ilə birlikdə məşq etməyə hazır vəziyyətdə olacaq".

Mütəxəssis sonda Azərbaycan və Kipr futbolunu müqayisə etmək istəmədiyini deyib: "Yalnız "Qarabağ" haqqında onu deyə bilərəm ki, Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər. Rəqibimiz hücum futbolu və sürətli oyun sərgiləyir. Onların oyunu mənə "Omoniya"nın bir neçə il öncə avrokuboklardakı çıxışını xatırladır".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Noyabr 2021
02:26

Levandovski qazandığı uğurdan danışdı

01:44

La Liqa: Turun son oyunu heç-heçə bitdi

00:50

"Çelsi" ilin klubudur

00:46

"Qızıl top" 7-ci dəfə Messiyə verildi

00:39

Lev Yaşin mükafatına italiyalı sahib çıxdı

00:11

"Yuventus" yenidən B Seriyasına göndərilə bilər 

00:00

İlin ən yaxşı hücumçusu Levandovskidir

29 Noyabr 2021
23:47

Ən yaxşı gənc futbolçu "Barselona"nın yarımmüdafiəçisidir

23:39

"Qızıl top" "Barselona"lı xanımındır

22:52

Super Liqa: "Fənərbağça" 1 xalla kifayətləndi

22:10

FIFA Puşkaş mükafatına namizədlərin siyahısını açıqladı

21:51

Klublararası dünya çempionatının püşkü atıldı

21:16

Daha bir ulduz "Qızıl top"un təqdimat mərasimində olmayacaq

20:34

Ronaldu "Qızıl top"un təqdimat mərasimindən imtina etdi

19:00

"Uçan eşşəklər", "qoyunlar", "xoruz döyüşü" - Ən maraqlı klub ləqəbləri

18:30

"Mançester Siti" kimi pulumuz yoxdur"

18:27

"Hamıya aydın idi, bircə hakim qərar verə bilmədi" - Elmar Baxşıyev

18:17

"Qəbələ" göstərdi ki, buna layiqdir" - Qurban Qurbanov

18:00

UEFA Konfrans Liqası: "Qarabağ" ən yaxşılar arasında

17:52

"Qarabağ" Qəbələdə büdrədi - YENİLƏNİB

17:47

Transfer şayiələri: "İnter" bir klubun üç futbolçusuna "elçi düşüb"

17:23

Nazir müavinləri işdən çıxarıldı, yeniləri təyin edildi

17:03

Millinin baş məşqçisi müəyyənləşir: İcraiyyə Komitəsinin iclası keçiriləcək

16:49

Cüdoçularımız Monqolustana gedə bilər

16:24

Turun hakim təyinatları açıqlandı

16:06

AFFA-dan Mingəçevir stadionuna hədiyyə

15:43

"Mançester Yunayted"in yeni baş məşqçisi açıqlandı - RƏSMİ

15:36

Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişdi

15:19

Mahir Şükürovun Ronaldu ilə bağlı xatirəsi: İki dəfə formasını alıb

14:59

Naxçıvan idmançısı ölkə çempionu oldu

14:44

Türk futbolçular Super Liqada "sönüb" - STATİSTİKA

14:21

Ulduz futbolçu komanda yoldaşını suladı - VİDEO

14:08

“Xocalı” klubu “Class İnfo Travel” şirkəti ilə əməkdaşlığa start verdi - FOTOLAR

13:58

Yığmalara baş məşqçilər təyin olundu

13:43

Neymar üçün il başa çatdı

13:30

Vinisiusdan baxımlı qol - VİDEO

13:18

Cavid Hüseynovun komandası yenə xal itirdi

13:04

Bir oyunda iki yubiley

12:50

“Sabah”dan üç rekord

12:44

122 yaşlı "Barselona" - Tarixi faktlar 

Facebookdan bizi izləməyi unutmayın.