“Qarabağ” klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədə əməliyyat olunub.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatında cərrahi müdaxiləyə ehtiyac duyub.
Həkimlərin ilkin rəyinə əsasən, Məhəmmədəliyev 2,5 ay sonra yaşıl meydanlara qayıdacaq. Bu o deməkdir ki, Şahruddin "Olimpik Marsel"lə Konfrans Liqasının pley-off görüşlərində iştirakı baş tutmayacaq.
Qeyd edək ki, daha əvvəl “köhlən atlar”ın digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.