"Ufa"nın 21 yaşlı hücumçusu Həmid Ağalarov karyerasını "Bazel"də davam etdirə bilər.
Fanat.Az Rusiyanın "Sport24" saytına istinadən xəbər verir ki, İsveçrə təmsilçisi Ağalarovun klubuna rəsmi təklif göndərməsə də, futbolçunun agenti ilə danışıq aparır.
Mənbə "Ufa"nın dağıstanlı forvardı yaxşı məbləğə sata biləcəyini vurğulayıb.
Rusiya Premyer Liqasında 18 oyuna 13 qol vuran Ağalarov çempionatın bombardirlər siyahısına başçılıq edir.
xatırladaq ki, "Bazel" Konfrans Liqasının H qrupunda "Qarabağ"la mübarizə aparıb. Bakıda ağdamlılarla qolsuz heç-heçə edən isveçrəlilər öz meydanında 3:0 hesabl qələbə qazanıb.
Nihat