Konfrans Liqasının qrupunda "Qarabağ"ın rəqibi olan "Kayrat" futbolçusunu Rusiya "Zenit"inə satır.
Fanat.Az "AlatauFans"ın İnstaqram hesabına istinadən xəbər verir ki, Almatı klubunun və Qazaxıstan millisinin müdafiəçisi Nuralı Alip Sankt-Peterburq təmsilçisinə baxışa gedəcək.
Mənbə “Zenit”in baş direktoru Aleksandr Medvedevin imzaladığı sənədi təqdim edib ki, orada Alip komandanın toplanışı üçün kluba dəvət olunub. Təlim-məşq toplanışı yanvarın 13-dən 25-dək Dubayda (BƏƏ) keçiriləcək.
Xatırladaq ki, ötən mövsüm “Kayrat”la Qazaxıstan Premyer Liqasının bürünc mükafatçısı və Qazaxıstan kubokunun qalibi olan Nuralı Alip oktyabrın sonu-noyabrın əvvəlində "Qarabağ"la Konfrans Liqası çərçivəsində baş tutan hər iki görüşdə iştirak edib.
Mirağa