Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpik Marsel” heyətini yeni futbolçu ilə gücləndirir.
Fanat.Az "L'Equipe"yə istinadən xəbər verir ki, Fransa təmsilçisi Çinin “Beyçzin Qoan” ilə müqaviləsi başa çatan konqolu hücumçu Sedrik Bakambu ilə razılığa gəlib.
Tərəflər yaxın günlərdə 2,5 illik müqavilə bağlayacaqlar.
"Qalatasaray"ın da transfer siyahısında olan Bakambu “Beyçzin Qoan”ın heyətində keçirdiyi 87 oyunda 58 qol vurub.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.