"Qarabağ"ın Fransada "Olimpik Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü neytral ölkədə reallaşa bilər.
Fanat.Az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Ağdam komandasının futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.
Mənbəyə inansaq, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır.
Tərəflər ortaq məxrəcə gələ bilməyəcəyi halda, UEFA-nın qaydalarına uyğun olaraq matçın neytral meydanda baş tutacağı vurğulanıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.