Fransa Liqa 1-də 14-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Olimpik Lion” “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Olimpik Marsel”i qəbul edib.
Hesabı erkən qolla qonaqlar açsa da, yekunda qələbə qazanan tərəf meydan sahibləri olub.
“Qarabağ”ın “Olimpik Marsel” ilə ilk oyunu fevralın 17-də Fransada, cavab qarşılaşması isə ayın 24-də Bakıda baş tutacaq.
Fransa Liqa 1
14-cü turun oyunu
2 fevral
Olimpik Lion – Olimpik Marsel 2:1
Qollar: Şakiri, 76. Dembele, 89 – Genduzi, 10.