UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Olimpik Marsel" - "Qarabağ" matçından yazıb.
Fanat.Az xəbər verir ki, məqalədə Bakıdakı oyunun Fransa təmsilçisi üçün təhlükəli səfər olduğu qeyd olunub:
"Olimpik Marsel" Konfrans Liqasının qrupunda İsveçrə "Bazel"indən sonra ikinci yeri tutan, lakin Kipr "Omoniya"sı və Qazaxıstan "Kayrat"ını xeyli qabaqlayan "Qarabağ"a çağırış edir. Xorxe Sampaolinin baş məşqçi olduğu komanda Avropanın digər ucuna təhlükəli səfərdən əvvəl qış fasiləsi səbəbindən fevralın əvvəlinədək matç keçirməyən komandaya qarşı "Velodrom"da ilk oyununa çıxacaq".
Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.