Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Olimpik Marsel" - "Qarabağ" oyununa bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, “Velodrom” stadionunda oynanılacaq matç üçün nəzərdə tutulan biletlər artıq tükənmək üzrədir.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 15 avroya satışa çıxarılmış 5-ci kateqoriya biletləri bitib.
Satışda yalnız 20 avro, 25 avro, 29 avro və 39 avroya olan biletlər qalıb.
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.