“Qarabağ” – “Olimpik Marsel” oyununun biletləri satışa çıxarılır.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpik Marsel” (Fransa) oyununun biletləri fevralın 13-ü saat 11:00-dan satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 21:00-dək bütün biletlər satılır;
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).
Qeyd edək ki, "Qarabağ" əvvəlcə 17 fevralda Fransada "Olimpik Marsel"lin qonağı olacaq. Bakıdakı görüş isə 24 fevralda oynanılacaq.