10:08 13.02.2022 503

Qara Qarayev UEFA-nın saytına danışdı - "Rəqiblər bizə hörmətlə yanaşır" 

"Qarabağ"ın futbolçusu Qara Qarayev "Olimpik Marsel"lə Konfrans Liqasının pley-off oyunu öncəsi UEFA-nın rəsmi saytına geniş açıqlama verib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi marsellilərin vaxtilə Çempionlar Liqasını qazandığını xatırladıb: "Onlar artıq bir dəfə bu titulu başları üzərinə qaldırıblar. Düzdür, çoxdan olub. Amma bu, "Olimpik Marsel"in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğuna sübutdur.

Fransa bu komandaya qarşı oynamaq asan olmayacaq. Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. "Olimpik Marsel" güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq".

"Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmış ilk komanda olduğunu söyləyən təcrübəli oyunçu artıq Ağdam təmsilçisinin bütün ölkələrdə tanındığını vurğulayıb: "Qrupda İspaniyanın "Atletiko" (Madrid) klubu ilə heç-heçə etmişik. Ən əhəmiyyətli dəyişiklik odur ki, biz artıq səfərdə oynayanda da rəqib komanda və baş məşqçi bizi ciddi qəbul edir və hörmətlə yanaşır. Sözsüz, “Qarabağ” hazırkı səviyyəyə gəlibsə, bu, ilk növbədə zəhmət hesabına olub. İndi başqa ölkələr bizə hörmət etməyə borcludurlar. Hesab edirəm ki, bu, bizim üçün Avropa yarışlarında əsas göstəricilərdən biridir. "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin bizim haqqımıda səsləndirdiyi fikirlər "Qarabağ"ın Avropada özünə real yer tutduğunun bariz sübutudur. Bu, bir çox nümunədən yalnız biridir. Biz artıq Avropada tanınır, hətta çox yaxşı formada sayılırıq. Çempionatımızın UEFA əmsalına baxmayaraq, komandamız çox yaxşı reytinqə malikdir".

Qarayev bildirib ki, qrup mərhələsinin son oyununda İsveçrə "Bazel"inə səfərdə uduzmasaydılar, birbaşa 1/8 finala yüksələ bilərdilər: "Lakin qrupda birinci yeri tutmaq şansını əldən verdik. Əks-halda bu tarixi hadisə artıq reallığa çevriləcəkdi. Uzun illərdir avrokubokların qrupunda oynayırıq. Lakin hər dəfə qrupumuza daha güclü rəqiblər düşməsi bizi pley-offa çıxmaq xəyalımızdan bir az da uzaqlaşdırırdı. Amma cari mövsümün əvvəlindən özümüzə inanırdıq. Qrupumuzda "Bazel", Qazaxıstan "Kayrat"ı, Kipr "Omoniya"sı kimi yaxşı komandalar olsa da, növbəti mərhələyə yüksəlmək üçün lazım olan əzm və bəxtimiz var idi. Bu, unudulmaz andır. Biz "Qarabağ"ın tarixində yeni səhifə yazırıq.

Bundan sonra daha ciddi və diqqətli olmalıyıq. Çünki müəyyən səviyyəyə çatanda azarkeşlərin uğursuzluğu qəbul etməsi getdikcə çətinləşir və onları razı salmaq üçün daha yaxşı işləməlisən. Pley-off oyunlarından sonra nələrin baş verəcəyi barədə danışmaq istəmirəm, amma biz üzərimizə düşən məsuliyyəti hiss edirik. Bilirik ki, növbəti illərdə azarkeşlərimizi sevindirməyə davam etmək üçün yeni zirvələrə çatmalı olacağıq".

Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi bu mövsüm yaxşı komanda formalaşdırdıqlarını bildirib: "Bizə yeni oyunçular qoşulublar. Əminik ki, onlar komandaya çox şey gətirə və daha yaxşı oynamağımıza kömək edə bilərlər. Bu mövsüm əsas məqsədimiz Konfrans Liqasında qrupdan çıxmaq və növbəti mərhələyə adlamaq idi. Düşünürəm ki, komanda son oyunadək yaxşı aqressivlik nümayiş etdirdi. Oyun səviyyəmiz həm evdə, həm də səfərdə çox yaxşı olaraq qalır".

Qarayev ilk dəfə təşkil olunan turnirin qrup mərhələsində qapıya ən çox dəqiq zərbə vuran komandalardan biri olduqlarını əlavə edib: "Fikrimcə, bu göstəricidə rəqiblərimizin əksəriyyətindən üstün olduq və qrupdakı yeganə məğlubiyyətimizi son oyunda aldıq. Ümumiyyətlə, "Qarabağ" bu mövsüm daha yaxşı çıxış edir. Növbəti addım ən azı bu cür davam etməkdir".

Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
17:36

"Sabah" hesabda öndə, Tovuzda və Bayılda qol yoxdu - YENİLƏNİR

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X