UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpik Marsel"in qonağı olacaq "Qarabağ" bu gün Fransaya yola düşür.
Fanat.Az xəbər verir ki, Ağdam klubu saat 16:00-da yola düşəcək.
Klubdan saytımıza verilən məlumata görə, komanda üzvlərindən Covid-19 testi götürülüb və hamısı neqativ çıxıb.
Sabah yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə saat 21:40) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq. Saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) isə komandanın mətbuat üçün açıq məşqi gerçəkləşəcək.
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Olimpik Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mirağa