"Olimpik Marsel" "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının ilk pley-off matçına itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, Valenten Ronjye cəza üzündən oynamayacaq.
28 yaşlı yarımmüdafiəçi Rusiya "Lomkomotiv"ini 1:0 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsində VI tur matçının 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Marseldəki görüşü buraxacaq Ronjye şans veriləcəyi təqdirdə, Bakıdakı cavab matçında forma geyinə bilər.
Qeyd edək ki, "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı saat 00:00-da başlanacaq.