Gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off oyununu izləmək üçün Fransaya səfər edib.
Fanat.Az xəbər verir ki, bu haqda "Qarabağ"ın baş meneceri Asif Əsgərov "Twitter" hesabından paylaşım edib.
Nazir təmsilçimizin "Olimpik Marsel"lə oyunöncəsi məşqini izləmək üçün komandanın düşərgəsinə baş çəkib.
Nazirimiz @faridgayibov bizi dəstəkləmək üçün komandamızla birlikdə Fransadadır. @FKQarabagh //t.co/4cVPMqPpUF
— Asif Asgarov (@AsifAsgarov) February 17, 2022
Qeyd edək ki, "Olimpik Marsel" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.