UEFA Konfrans Liqasının rəsmi “Twitter” hesabında pley-off mərhələsində keçiriləcək "Olimpik Marsel" (Fransa) - “Qarabağ” oyunu ilə bağlı sorğu keçirilir
Fanat.Az xəbər verir ki, izləyicilərə "kim 1/8 final mərhələsinə yüksələcək" sualı ünvanlanıb.
Hələlik səsvermədə 1463 şəxs iştirak edib. Onlardan 73,5 faizi Fransa klubunun, 26,5 faizi isə Azərbaycan təmsilçisinin mərhələ adlayacağını düşünür.
Qeyd edək ki, bu gün "Velodrom" stadionunda oynanılacaq "Olimpik Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.
Who will make it to the round of 16? 🤔 #UECL
— UEFA Europa Conference League (@europacnfleague) February 16, 2022