UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda "Qarabağ"ın qapısına iki qol vurmuş "Olimpik Marsel"in hücumçusu Arkadiuş Milik də yer alıb.
Digər namizədlər isə Patson Daka ("Lester", İngiltərə), Yoel Andersen ("Midtüllan", İsveç) və Uqo Vetlesendir ("Budyo Qlimt", Norveç).
Qeyd edək ki, qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək.