15:55 23.02.2022 661

Kadi: "Gücümüzə bələdik, təslim olmayacağıq"

“Bizi çox çətin oyun gözləyir".

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi fransızlarla matça hazır olduqlarını söyləyib: “Rəqib çox güclüdür. İlk oyundan sonra bunu bir daha gördük. İlk matçı təhlil etmişik, orada buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Ümid edirəm ki, sabahkı oyunda həmin səhvləri təkrarlamayacağıq. Öz gücümüzə bələdik. Hesab əleyhimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".

Borges cavab görüşündə doğma azarkeş amilindən yararlanmağa çalışacaqlarını bildirib: "Səfərdə qol imkanlarından yararlansaydıq, bəlkə fərqli olardı. Bizdən fərqli olaraq, "Marsel" əlinə düşən şanslardan yararlandı. Bakıdakı ab-hava hər kəsə bəllidir, dolu tribunalar bizi daim irəli səsləyir. Baş məşqçi də həmişə deyir ki, komanda olaraq xarakter göstərməliyik. Sabah da bu xarakteri görəcəksiniz. Əlimizdən gələni edəcəyik".

Braziliyalı yarımmüdafiəçi avrokubokların pley-off mərhələsində klublarımızın heyətində ilk qolun müəllifi olması ilə bağlı təəssüratlarını da bölüşüb: "Həmin qola imza atmaq böyük sevinc, xoşbəxtlikdir. Bu, təkcə mənim yox, bütün komandanın uğurudur. Bu, həm də onu göstərir ki, doğru yoldayıq. Ümid edirəm ki, bu qolların ardı gələcək. Ən azı sabahkı matçda bunu göstərməyə çalışacağıq".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

Facebookdan bizi izləməyi unutmayın.
X