18:34 23.02.2022 600

Riçard Almeyda: "Mümkünsüz heç nə yoxdur"

"Olimpik Marsel" kimi böyük komandaya hörmətlə yanaşırıq, amma özümüzə də güvənirik".

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib.

Millimizin braziliyalı yarımmüdafiəçisi Bakıda Fransa təmsilçisinə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan danışıb:

"Səfərdəki qarşılaşma çox önəmli idi. Fransada uduzsaq da, futbolda mümkünsüz heç nə yoxdur. Cavab görüşündə stadionda öz azarkeşlərimiz olacaq. Onlara xoşbəxtlik bəxş etmək istəyirik".

Ağdam klubundakı karyerasına da toxunan 33 yaşlı oyunçu əvvəllər heç vaxt Azərbaycanda bu qədər vaxt keçirəcəyini düşünmədiyini söyləyib: "Burada xoşbəxtəm. "Qarabağ"ın heyətində Çempionlar Liqasını kəşf etdim. Bu komanda mənim ailəm, baş məşqçi isə mənə ata kimidir. Ona görə də yenidən bura qayıtdım. Qurban Qurbanov bizə çox kömək edir. Klubda hamıdan hörmət görürəm. Burada 10 ildir xoşbəxt yaşadığımı deyə bilərəm".

Almeydanın sözlərinə görə, valideynlərimə "Qarabağ" haqqında danışanda onlar Azərbaycanın harada yerləşdiyini bilmirdilər: "Birlikdə internetdə axtarış verdik. Valideynlərim əvvəlcə razılaşmadılar. Çünki həmin vaxt bu ölkənin Ermənistanla silahlı münaqişələrinin olduğunu gördük. Amma mənim üçün maliyyə baxımından maraqlı təklif idi. Ona görə də dedim ki, cəhd etməliyik və bundan sonra hər şeyi görəcəyik. "Qarabağ"da Portuqaliyadakı maaşımdan 6 dəfə çox qazanırdım".

Azərbaycan millisinin də üzvü olan futbolçu burada dil baxımından problem yaşamadığını vurğulayıb: "Futbolun dili meydandakı oyundur. Milli komandadan təklif alanda atama dedim ki, Braziliya yığmasına düşmək şansım, demək olar ki, yoxdur. Və biz birlikdə bu varianta razılıq verdik. Azərbaycan dilini yaxşı başa düşsəm də, danışmaqda çətinlik çəkirəm".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

17:53

Azərbaycan yığması Özbəkistana uduzdu

17:23

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

17:02

Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: "Üç dəqiqə söhbətləşdik və..."

16:41

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

16:19

Ançelotti Xavinin fikrini dəyişməsinə belə reaksiya verdi

16:00

"Təəssüflər olsun ki, qol vurmadım, amma..." - Ağadadaş Salyanski

15:55

"Güclü olmalıyıq, çünki uduza bilmərik" - "Mançester Siti"nin hücumçusu

15:37

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

15:18

"Qəbələ"nin müdafiəçisi üçün yubiley

15:00

"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

14:42

"Sabah" Akademiyaya bölgədən futbolçu seçəcək

14:23

"Hansısa klub barədə neqativ qərar verilsə..." - Məmmədov Nyondakı iclasdan danışdı

14:04

"Qəbələ"nin hücumçusu əməliyyat olundu

13:44

FİFA referisi I Liqaya göndərildi

13:28

"Məşqçimiz rahatlaşmağımıza imkan vermir" - "Qarabağ"ın qoleadoru

13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

Facebookdan bizi izləməyi unutmayın.
X