00:41 25.02.2022 2612

Susmayan fransızlar və konsertli gecənin gerçək üzü - OYUNDANKƏNAR

"Olimpik Marsel"lə UEFA Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyunda 1:3 hesabı ilə uduzan "Qarabağ"ın cavab görüşündə işi asan olmayacaqdı. Səfərdəki yenilgiyə baxmayaraq, "köhlən atlar"ın Bakıda qələbə qazanacağına inananların sayı kifayət qədər idi. Bunu "Tofiq Bəhramov"un tribunalarının dolması əyani şəkildə təsdiqlədi. Düzdür, hakimin start fiti səslənəndə mərkəzi tribunalarda boş yerlər var idi. Ancaq xeyli adam əlində bilet olduğu halda, bayırda qalmışdı. 15-20 dəqiqə sonra artıq bütün oturacaqlar sahibini tapmışdı. İlk dəfə bu ərəfədə avrokubok oyunu keçirən klub da azarkeşlərin bu diqqətinə biganə qalmadı. 

*
Tofiq Bəhramov adına Respublika stadionuna iki saat əvvəldən xeyli adam gəlmişdi ki, bu da saat 20:00-a təyin olunmuş konsert proqramı ilə bağlı idi. Belə ki, “Qarabağ” – “Olimpik Marsel” oyunundan əvvəl Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert təşkil olunmuşdu. Müğənnilər təxminən 35-40 dəqiqə ərzində bir neçə mahnı ifa etdilər. 

*
Problem o idi ki, oyunu izləməyə gələnlər minbir əziyyətlə üzləşməli oldular. Gündüz Dövlət Yol Polisi əhaliyə müraciət etmişdi ki, "Gənclik" ərazisinə gəlmək istəyənlər mümkün qədər şəxsi avtomobildən yox, avtobusdan istifadə etsinlər. Ancaq hələ "Dədə Qorqud" parkının yaxınlığında avtobusları saxlayıb insanları düşürtdülər. Belədə, oyuna baxmağa gedənlər və adi insanlar metroya qədər uzun yolu piyada qət etməli oldular. 

*
"Qarabağ Ordu" fanklubu oyunun startı ərəfəsində üzərində at şəkli əks olunan və "We are Qarabag" (Biz "Qarabağ"ıq) yazılmış nəhəng pankart açdılar. 

*
Görüşü Fransadan gəlmiş 100-dən çox qonaq azarkeş  izləyirdi. Stadionun şərq tribunasında bir sektora yerləşdirilən "Olimpik Marsel" tərəfdarları oyunboyu fəallıq nümayiş etdirdilər. Bizimkilər təhlükəli epizod yaradanda coşurdusa, fransızlar susmadan mahnı oxuyaraq komandalarını dəstəklədilər. 

*
Sosial şəbəkələrdə Fransadakı məlum təxribata cavab olaraq "hər kəs stadiona bayraqla gəlsin" çağırışı səslənsə də, bu, nəticəsiz qaldı. Doğrudur, tribunada Azərbaycan, o cümlədən bir neçə Türkiyə bayrağı gözə dəydi. Ancaq tribunaları "bayraq seli"nə bürümək təşəbbüsü həyata keçmədi. 

*
Matçın 34-cü dəqiqədə "Qarabağ"ın hücumçusu İbrahima Vadji topu rəqib qapısından keçirdikdən sonra futbolçular arasında gərginlik yaşandı. Qonaqların futbolçuları Vadjinin əllə fərqləndiyini iddia edərək onun üstünə hücum çəkdilər. Hakim əvvəlcə mərkəzi göstərsə də, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv etdi. Bu epizodda polşalı referi "Marsel"in qapıçısı Stiv Mandandaya və "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçə sarı vərəqə göstərdi.

*
Qonaqlar 77-ci dəqiqədə hesab arasında fərqi iki topa çatdırdı ki, Matteo Genduzinin qolundan sonra azarkeşlər stadionu tərk etməyə başladı.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X