"Qarabağ"ın futbolçusu Toral Bayramov "Olimpik Marsel"ə qarşı Bakıda keçirilən Konfrans Liqasında matçında rəqib futbolçu Cengiz Ünderlə arasında keçən dialoqdan danışıb.
Millimizin üzvü Fanat.Az-a açıqlamasında həmin anı belə xatırlayıb:
"Cengiz Ünderə yaxınlaşıb "İnşallah, Konfrans Liqası kubokunu siz qazanarsınız", - dedim. O isə "İnşallah. Amma qarşıda bizə mane ola biləcək güclü komandalar var!", - deyə cavab verdi. Bir də mənə "Maşallah, belə davam etsən, daha yaxşı klublarda oynaya bilərsən", - dedi.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsi çərçivəsində “Olimpik Marsel”ə səfərdə 1:3, evdə isə 0:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Röya