Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Olimpik Marsel"i Niderlandda "Feyenoord"a 2:3 hesabı ilə məğlub olub. Gecənin digər matçında isə İtaliya "Roma"sı İngiltərədə "Lester Siti"nin qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.
UEFA Konfrans Liqası, yarımfinal
İlk oyunlar
28 aprel
"Feyenoord" (Niderland) - "Olimpik Marsel" (Fransa) 3:2
Qollar: Siril Dessers, 18, 46. Luis Sinisterra, 20. - Bamba Dienq, 28. Cerson, 40.
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Lester Siti" (İngiltərə) - "Roma" (İtaliya) 1:1
Qollar: Ademola Lukman, 67. - Lorentso Pelleqrini, 15.
Baş hakim: Karlos del Serro (İspaniya)