"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"la 5:0 qalib gəldikləri Premyer Liqanın 16-cı turun matçından sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, təcrqbəli mütəxəssis matçı belə şərh edib:
"Xal itkiləri gözləniləndir. "Sabah"la matçda çempionluğu əldə edə bilərdik. Amma gərginlik var idi. Bu gün optimal heyətlə oynasaq da, çox çatışmazlıq oldu. Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq. Hər bir halda normal baxıram. Yaxşı qələbə oldu. Bu heyəti tam olaraq, kubokun finalı üçün düşündüyümüzü deyə bilmərəm. Dəyişikliklər olacaq. İstəyirəm ki, bütün futbolçulara şans verim".
Qurbanov futbolçuların qarşısına bombardirliklə bağlı vəzifə qoyulmadığını bildirib: "Bu gün əvəzlədiyim futbolçular Filip Ozobiç və Kadi Borges idi. İstəyirik ki, daha çox qol vursunlar".