Kolumbiyanın "Atletiko Junior" klubunda forma geyinən Teofilo Qutyerresin komanda yoldaşının xanımına gözü düşüb. Fanat.Az xəbər verir ki, 32 yaşlı forvard eyni komandada çıxış etdiyi Roberto Oveların həyat yoldaşına sevgi və seks mesajları göndərib.
Roberto Ovelar xanımının telefonuna baxarkən bu mesajları görüb və bu barədə klub prezidentinə məlumat verib. Teofilo isə ittihamları qəbul etməyib. Futbolçu bildirib ki, mesajlar onun sosial media hesablarını idarə edən şəxs tərəfindən göndərilib.
Ovelar bu olaydan sonra Teofilo komandadan qovulmayacağı halda, özünün gedəcəyini bildirib. "Atletiko Junior"un idman direktoru Ektor Fabio Baez isə Kolumbiya mediasına açıqlamasında "Edə biləcəyimiz bir şey var. İndi dekabra qədər gözləməli və müqavilələri yenidən gözdən keçirməliyik. Onların klubda qalıb-qalmayacağına həmin vaxt qərar veriləcək" deyib.
Fanat.Az