"Yuventus”un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karantin qaydalarını pozmaqda ittiham olunur.
Fanat.Az xəbər verir ki, ulduz hücumçunun sevgilisi Corcina Rodrigeslə birgə koronavirusa qarşı protokolu pozduğu iddia edilir.
Cütlük Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar. Onlar Corcinanın 27 yaşını dağ xizəyi kurortunda qeyd edib.
Ronaldu və sevgilisinin Val Veni yamacında gəzdikdən sonra Kurmayora qayıdıb. Bu zaman onlar rəsmən bağlı olan oteldə məskunlaşıblar. Bu, internetdə yayılan videoda da əksini tapsa da, tezliklə görüntülər silinib.