"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun nişanlısı, model Corcina Rodriges əl işi olan geyimdə fotosunu yayımlayıb. Onun bu paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Şəkildə model mavi kombinezonda və qızıl rəngli mavi məxmər paltoda əks olunub.
Əvvəlcə Rodriges paltonun Qazaxıstanda istehsal olunduğunu qeyd etmişdi. Bununla əlaqədar olaraq, postun altından qazaxlardan çoxlu müsbət şərhlər yazılıb.
Lakin qısa müddət sonra model fotonun altındakı şərhini dəyişib: Məlum olub ki, geyim Özbəkistanda tikilib. Bu dəfə də Özbəkistandan olan pərəstişkarları ona tərif yazmağa başlayıb. Qazaxlar isə modeli tənqid edib və əvvəllər yazılmış şərhləri silməyə başlayıb.
Cazibədar modelin bu paylaşımı 1,7 milyona yaxın "like", 33 mindən artıq şərh alıb.