ABŞ-ın "Minnesota” klubunun futbolçusu Hassani Dotson sevgilisinə stadionda sürpriz edib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi sevgilisinə evlilik təklifi edib və "hə" cavabı alıb. Hadisə "San Xose” ilə matçdan sonra baş verib.
"Hə” cavabını alan ABŞ-ın U-23 millisinin üzvü üzüyü sevgilisinin barmağına taxıb.