DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandası məşqlərini davam etdirir.
Fanat.Az xəbər verir ki, sabah saat 10:30-da, Bakı İdman Sarayında komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.
Məşqdən əvvəl – saat 10:15-də isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan – Yunanıstan oyunu martın 3-də, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da başlayacaq qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu izləmək üçün zala giriş sərbəst olacaq.