17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı başlayıb.
Fanat.Az xəbər verir ki, yığmaya 24 oyunçu cəlb edilib.
Onların arasında Rusiya, Serbiya, İsveç və Almaniya klublarının üzvləri də var. Hazırlıq prosesi fevralın 16-dək davam edəcək.
Qeyd edək ki, Bakı toplanışından sonra Belarusun paytaxtı Minskdə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək yekun heyət müəyyənləşəcək.
1. Xəqan Şükürov - Zirə
2. Rauf Əyyubov - Sabah
3. Məhdi Həsənov - Neftçi
4. Elgün Alışov - "Rot-Weiss Oberhausen (Almaniya)
5. Murad Qurbanov - Zirə
6. Həzrət Səmədov - Sabah
7. Əlibəy Mahmudov - Sabah
8. Fərid Cabbarlı - Zirə
9. Fərid Abdinov - Stroqino (Rusiya)
10. Hüseyn Atayev - Turan Tovuz
11. Tunar Muradov - Turan Tovuz
12. Nihad İsaqov - Kəpəz
13. İlkin Həsənzadə - Sumqayıt
14. Elvin Vəliyev - Neftçi
15. Vusal Kərimov - Neftçi
16. Toğrul Haqverdiyev - EFA
17. Həsən Məmmədli - Rot-Weiss Oberhausen (Almaniya)
18. Rafael Qaziyev - Dinamovets (Rusiya)
19. Nicat Nərimanov - Brommapoykarna IF (Isveç)
20. İslam Həsənov - Srvena Zvezda (Serbiya)
21. İbrahim Xəlilov - Sabah
22. Murad Cabbarov - Sumqayıt
23. Ümid Səlimov - Sabah
24. Əli İbrahim - Qarabağ