Azərbaycan millisi FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu ay iki beynəlxalq oyun keçirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi səlahiyyətlərini yerinə yetirən Arif Əsədov martın 22-si Monqolustan və martın 25-də Bolqarıstanla baş tutacaq görüşlər üçün Türkiyədə çıxış edən 5 azərbaycanlı futbolçuya dəvət göndərib.
Belə ki, Şahruddin Məhəmmədəliyev ("Adana Dəmirspor”), Ramil Şeydayev ("Kocaelispor"), Coşqun Diniyev ("Ümraniyəspor"), Renat Dadaşov ("Hatayspor") və Vüsal İsgəndərli ("Boluspor") yığmaya çağırılıb.
Qeyd edək ki, saat 20.00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mirağa