Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/8 final matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, komandamız Portuqaliya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Qeyd edək ki, Sahib Məmmədovun baş məşqçisi olduğu kollektiv seçmə mərhələnin A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.