
Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Macarıstanda baş tutan matçda Ayxan Abbasovun baş məşqçisi olduğu seçməmiz Malta ilə üz-üzə gəlib.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil olunan oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, milli ayın 9-da Macarıstanda San Marino yığması ilə gücünü sınayacaq.
Beynəlxalq yoldaşlıq oyunu
5 iyun
Azərbaycan – Malta 0:2
Qol: Mbong, 66. Satariano, 86.
Hakimlər: Mixali Kaprali, Balaş Buzaş, Bençe Belitsa, Tamaş Boqnar (hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.
Azərbaycan: 1. Emil Balayev 14. Elvin Bədəlov 15. Bədavi Hüseynov (k) 5. Anton Krivotsyuk 21. Qismət Alıyev 3. Elvin Cəfərquliyev 13. Emil Səfərov 20. Aleksey İsayev 17. Toral Bayramov 11. Xəyal Əliyev 10. Mahir Emreli
Malta: 25. Zammit 26. Evurum 10. Teuma 20. Çuref 23. Satariano 6. Qillaumyer (k) 16. Əl-Tumi 21. Korbalan 13. Pepe 5. Şou 14. Qarsiya