
FİFA iyunun 11-də başlayacaq dünya çempionatında azarkeşlərin vuvuzellalardan istifadəsinə qadağa qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" agentliyi yayıb.
Məlumata görə, monoton və güclü səsi olan alətin mundial zamanı tribunalara gətirilməsi müəyyən müzakirələrdən sonra yasaqlanıb. Mənbə DÇ-2026-da fanatların şeypurlardan və səsgücləndiricilərdən istifadəsinə də icazə verilməyəcəyini vurğulayıb.
Ali futbol qurumu daha öncə plastik su butulkalarını da qadağan edib.
Nihat