
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov San Marino ilə yoldaşlıq matçından öncə mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, o, təlim-məşq toplanışının gedişatı və komandanın hədəfləri barədə danışıb:
"Təlim-məşq toplanışı planlı şəkildə gedir. Bizim üçün nəticədən də vacib olanı futbolçuları iş başında görmək idi. Qarşıdan gələn Millətlər Liqası öncəsi bu çox önəmlidir. Bundan yaxşı fürsət ola bilməz. Malta ilə matçı əsasən hücumda keçirsək də, bu bizi qane etmir. Hücumları məntiqi sonluğa çatdırmaq lazımdır. Bəzi futbolçuların oyun praktikasının azlığını qeyd etməliyəm. İstək çox olsa da, oyun təcrübəsi az idi. Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, orada hər epizoddan yararlanmalıyıq. San-Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik. Sabah qalib gələcəyimizə inanırıq".
Qeyd edək ki, jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.