
"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri tezliklə cərrah masasına uzanmalı olacaq.
Fanat.Az xəbər verir ki, bunu "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, ulduz futbolçu belindən əməliyyat keçirəcək.
İspaniyanın qalib olduğu DÇ2026-da ən yaxşı oyunçu seçilən 30 yaşlı yarımmüdafiəçi son iki ildir ki, xroniki zədələrdən əziyyət çəkir.
Cərrahi müdaxilə fonunda futbolçunun "Real Madrid"ə mümkün transferi ilə bağlı şayiələr güclənir və bu da onun "şəhərlilər"də qalmasını şübhə altına alır.
Mirağa