
Mahir Emreli Litvaya yaxşı nəticə qazanmaq üçün gəldiyini deyib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bunu mətbuat konfransında deyib.
O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:
"Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram".
Qeyd edək ki, Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.