21:46 11.10.2017 3247

"DÇ-2018": hansı komandalar mundiala gedir?

Dünya çempionatının seçmə mərhələsi yekunlaşmaq üzrədi. Fanat.Az xəbər verir ki, artıq Avropa, Asiya, Şimali və Cənubi Amerikada əsas mərhələ yekunlaşıb. Bu qitələrdə "pley-off", Afrikada isə son turun oyunları keçiriləcək.

Dünya çempionatına ən çox komanda göndərən Avropadan meydan sahibi Rusiya daxil olmaqla "DÇ-2048"də iştirak edəcək 14 komandanın 10-u müəyyənləşib: Almaniya, Belçika, Fransa, İngiltərə, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya.

Daha 4 vəsiqənin sahibi "pley-off" mərhələsində müəyyənləşəcək. Bu mərhələyə qrupda ən yaxşı nəticəni göstərmiş 8 komanda vəsiqə qazanıb: Danimarka, Xorvatiya, İrlandiya, İsveç, İsveçrə, İtaliya, Şimali İrlandiya, Yunanıstan. 

"Pley-off" mərhələsinin qalibləri ev-səfər prinsipi ilə keçiriləcək iki oyunun nəticəsində müəyyənləşəcək. 

Cənubi Amerikadan 4 komanda - Argentina, Braziliya, Kolumbiya və Uruqvay dünya çempionatına vəsiqə əldə edib. Seçmə mərhələdə 5-ci yeri tutan Peru Okeaniya zonasının qalibi olan Yeni Zellandiya ilə "pley-off"da qarşılaşacaq və qalib dünya çempionatına vəsiqə qazanacaq. Bu oyunlar 6-14 noyabr tarixlərində baş tutacaq.

Asiyadan artıq 4 komandanın "DÇ-2018"də iştirakı dəqiqləşib. İran, Cənubi Koreya, Səudiyyə Ərəbistan və Yaponiya mundiala vəsiqə əldə edib. İki qrupun üçüncü yeri tutan komnadaları - Suriya və Avstraliya arasındakı "pley-off" matçlarının qalibi olan avstraliyalıra "DÇ-2018"ə vəsiqə uğrunda daha bir "pley-off" qarşılaşmasına çıxacaq və CONCACAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri) zonasının 4-cüsü Hondurasla qarşılaşacaq. Bu oyunlar 6-14 noyabrda tarixlərində keçiriləcək.

CONCACAF zonasına gəlincə, artıq 3 komanda mundiala vəsiqə əldə edib. Belə ki, Kosta Rika, Meksika və Panama Rusiyaya getmək hüququna sahibdi.

Afrikanın payına düşən 5 vəsiqədən 2-sinin sahibi artıq bəllidi. Belə ki, B qrupundan Nigeriya, E qrupundan isə Misir son turun nəticələrindən aslı olmayaraq vəsiqəni təmin edib. Son turun oyunları 10-14 nöyabr aralığında baş tutacaq.

Qeyd edək ki, seçmə mərhələnin bombardirləri Polşadan Robert Levandovski, Səudiyyə Ərəbistanından Məhəmməd Əl-Sahlavi və Birləşmiş Ərəb Əmirliklərindən Əhməd Xəlil olub. Onların aktivində 16 qol var. İlk iki futbolçunun komandası dünya çempionatına vəsiqə qazansa da, Birləşmiş Ərəb Əmirlikləri mundiala gedə bilməyib.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X