Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatında iştirak etmək hüququ qazanan 32 ölkənin siyahısı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda evdə Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.
Dünya birinciliyinin iştirakçılarının tərkibi aşağıdakı kimidir:
Avropa: Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, İslandiya, Polşa, Portuqaliya, Rusiya, Serbiya, İspaniya, İsveç, İsveçrə.
Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Peru, Uruqvay.
Afrika: Misir, Mərakeş, Nigeriya, Seneqal, Tunis.
Asiya: Avstraliya, İran, Yaponiya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya.
Şimali Amerika: Kosta-Rika, Meksika, Panama.
Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.
Qaynarinfo.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol