Rusiya Federasiyasının prezidenti Vladimir Putin sabah Kreml sarayında keçiriləcək DÇ-2018-in püşkatma mərasiminə qatılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xəbərə görə, Putin mərasimdə püşkatmaya görə Moskvaya gəlmiş dünya futbolunun ulduzları ilə görüşəcək. Onlar arasında Diqeo Maradona, Kafu, Fabio Kannavaro və digər veteran futbolçular var.
Qeyd edək ki, mərasimi Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fanat.Az