Yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkiyə Bosniya və Herseqovina Futbol İttifaqından təklif gəlib.
Fanat.Az xəbər verir ki, Bosniya və Herseqovina millisinin sükanı arxasına keçməyə əsas namizəd olan 48 yaşlı mütəxəssislə müzakirələrin detalları açıqlanmır.
Xorvatiya mətbuatı Prosineçkinin ilinə 150 - 200 min avro təklif olunduğunu yazıb. Lakin yığmamızın sabiq baş məşqçisi danışıqlar zamanı maliyyə məsələsinin müzakirə olunmadığını bildirib. Bununla yanaşı təklifin cəbedici olduğunu bildirib: "Bu komandada yaxşı oyunçular var. Hər bir baş məşqçi üçün bu cür potensiallı futbolçularla çalışmaq çətindi".
Xorvat mütəxəssisin rəhbərlik etdiyi məşqçilər heyətinin Azərbaycan millisində illik əmək haqqı 1,2 milyon avro olub.
Fanat.Az