14:39 23.01.2018 2509

Diqqətlər Lozannaya: Millimiz Ermənistanla oynaya bilər!

Sabah diqqətlərİsveçrənin Lozanna şəhərində cəmləşəcək.

Fanat.Az xəbər verir ki, sözügedən şəhərdə UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının ilk mövsümünün püşkatması düzənlənəcək. 55 ölkə 2018/19 mövsümünün qalibi adı uğrunda mübarizədə rəqiblərini tanıyacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Yığmaların UEFA reytinqinə görə yarış iştirakçıları 4 liqada qüvvəsini sınayacaq. A liqasında yer alan ən güclü 12 komanda kubok və medallar üçün "döyüşəcək”. B liqasında 12, C liqasında 15, D liqasında 16 yığma mübarizə aparacaq.

 

Bütün liqalarda komandalar 4 qrupa bölünəcək. A liqasında qrup qalibləri mükafatlar uğrunda yarımfinal və finalda oynamaq imkanı qazanacaq. Digər liqaların qrup birinciləri isə 2020/21 mövsümündə daha yüksək dəstədə çıxış etmək imkanına yiyələnəcək. A, B və C liqalarında qrup sonuncuları növbəti mövsümdə aşağı dəstədə qüvvəsini sınamalı olacaq.

 

Qrup mərhələsinin nəticələri təkcə liqalar arasında yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək.

 

Bundan başqa, hər liqadan 1 komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-offa xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.

 

Reytinqə görə UEFA-nın 40-cı komandası olan Azərbaycan yığması D liqasında yer alıb. Millimiz ən zəif 16 komanda sırasında 1-cidi.

 

2018-ci ilin sentyabr-noyabr aylarında baş tutacaq qrup mərhələsinin iştirakçıları püşkdən öncə səbətlərə bölünüb. Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız D liqasının 1-ci səbətində qərarlaşıb.


 

A liqası

I səbət

Almaniya, Portuqaliya, Belçika, İspaniya

II səbət

Fransa, İngiltərə, İsveçrə, İtaliya

III səbət

Polşa, İslandiya, Xorvatiya, Hollandiya


 

B liqası

I səbət

Avstriya, Uels, Rusiya, Slovakiya

II səbət

İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

III səbət

Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə


 

 

C liqası

I səbət

Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya

II səbət

Yunanıstan, Serbiya, Almaniya, Norveç

III səbət

Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

IV səbət

Kipr, Estoniya, Litva


 

D liqası

I səbət

Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan

II səbət

Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

III səbət

Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

IV səbət

Andoora, Kosovo, San Marino, Cəbəllütariq


 

Püşkatmada iki cütlük eyni qrupda yer ala bilməz. Bəzi ölkələr arasındakı gərginliyi nəzərə alan UEFA B liqasında Rusiya və Ukrayna, D liqasında Azərbaycanla Ermənistanın ayrı qruplarda olmasını vacib sayır. Ancaq pley-offda oynasalar, bu rəqiblərin də dueli qaçılmaz olacaq.

 

Yeni turnirdə yeniliklər edən UEFA yerli federasiyaların xərclərini və yorğunluq amilini əldə rəhbər tutaraq yığmaların uzaq məsafə qət etmələrini də çarə tapıb. C liqasında Norveç, Finlandiya, Estoniya və Litva "dördlüy”ündən yalnız ikisi eyni qrupa düşə bilər. Yığmamızın yer aldığı D qrupunda isə 4 cüt uzaq məsafəli sayılıb. Bunlar Azərbaycan/Cəbəllütariq, Qazaxıstan/Cəbəllütariq, Qazaxıstan/Andorra və Qazaxıstan/Farer adaları cütləridi.

 

UEFA bu 4 cütdən yalnız birinin eyni qrupda olmasına icazə verəcək. Bir sözlə, yığmamız Cəbəllütariqlə yalnız o halda eyni qrupda olacaq ki, Qazaxıstan başqa "dördlüy”ə düşsün. Oyunların keçirilmə tarixləri də açıqlanıb. Qrup matçları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.

 

 

Qrup mərhələsi

I tur – 6-8 sentyabr 2018

II tur – 9-11 sentyabr 2018

III tur – 11-13 oktyabr 2018

IV tur – 14-16 oktyabr 2018

V tur – 15-17 noyabr 2018

VI tur – 18-20 noyabr 2018

Final mərhələsinin püşkü – dekabr 2018

Final mərhələsi – 5-9 iyun 2019

Pley-offun püşkü – 22 noyabr 2019

Pley-off – 26-31 mart 2020

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

Facebookdan bizi izləməyi unutmayın.
X